news Image
2014.09.18
14:30
| A A A
Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək?

Bakı və Abşeron yarımadasında sentyabrın 19-da hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər isə havanın tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur.


Mülayim şimal-şərq küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 17-20, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında sentyabrın 19-da bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gündə Abşeron yarımadasında mövsümə uyğun gözlənilən komfort hava şəraiti, eyni zamanda oksigenlə zəngin hava  meteohəssas insanlar üçün əlverişlidir.