news Image
2014.09.18
17:03
| A A A
Babək İsakov “İşıqlı Gələcək” Gənclər İctimai birliyinin rəhbəri seçildi

"İşıqlı Gələcək" Gənclər İctimai birliyinin idarə heyyətinin iclası keçirilib. İclasda bir sıra məsələlər ətrafında müzakirələr aparılaraq daxili qərarlar qəbul olunub. Movqe.az xəbər verir ki, idarə heyətinin aldığı qərar ilə birliyin icraçı direktoru vəzifəsini həyata keçirən Əhmədli Kamal Çexiyanın Ostrava şəhərində yerləşən Texniki Universitetə qəbul olduğu üçün tutduğu vəzifədən azad edilib.

Bugünə qədər beynəlxalq əlaqələr üzrə kordinator kimi çalışan Babək İsakov idarə heyətinin qərarı ilə Birliyin yeni icraçı direktoru vəzifəsinə təyin edilib. O, bu günə qədər gənclər sahəsində müxtəlif layihə və proqramların hazırlanmasında, habelə həyata keçirilməsində yaxından iştirak edib və daim fəallığı ilə fərqlənib.

Babək İsakov birliyin bundan sonra ictimai işlərdə daha aktiv olacağını və bir çox yerli və beynəlxalq tədbirlər həyata keçirməsi planlarını bölüşmüşdür və vurğulamış ki, şəhərimizdə ilk qeydiyyatdan keçən yerli Gənclər İctimai Birliyi olması və eyni zamanda növbəti il şəhərimizdə keçiriləcək Avropa oyunları bizim məsuliyyətimizi daha da artırır.