Əlaqə Arxiv
news Image
2014.09.19
16:46
| A A A
Geniştərkibli görüş keçirildiiştərkibli görüş keçirildi
Azərbaycan və Türkiyə arasında geniştərkibli görüş keçirilib.

ANS PRESS-in məlumatına görə, Türkiyə baş naziri Əhməd Davudoğlu ilə Azərbaycan prezidenti İlham Əliyevin birgə keçiridiyi mətbuat konfransından sonra heyətlər arası görüş baş tutub. 

Yığıncağa, Tükiyə tərəfindən baş nazirin köməkçisi Yalçın Akdoğan, təhsil naziri Nabi Avcı, enerji və təbii qaynaqlar naziri Taner Yıldız və digər rəsmi nümayəndələr qatılıb.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafı məmnunluqla vurğulanıb. Əlaqələrimizin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub. 

Sizin Reklam Yeriniz