news Image
2014.09.19
17:45
| A A A
11 müəssisə cərimələnib
“Təhlükəsiz iş həfətsi” Bakıdan əlavə Mingəçevir və Gəncə də keçiriləcək

Əməyin təhlükəsizliyi ilə bağlı qaydalara əməl etməyən 11 müəssisə cərimələnib. 


ANS TV-nin məlumatına görə, Dövlət Əmək Müfəttişliyinin keçirdiyi "Təhlükəsiz iş həftəsi" çərçivəsində bu gün yoxlamalar aparılan tikinti şirkətlərindən ikisində iş dayandırıldı. Bu şirkətlərin inşaat sahələrində işçilərin təhlükəsizliyinin təmin olunmadığı, onların dəbilqə və xüsusi geyimlərinin olmadığı məlum oldu. 


Dövlət Əmək Müfəttişliyi xidmət əməkdaşlarının sözlərinə görə, əsas problem məhz tikinti sahəsindədir. İşçinin şəxsi mühafizə ləvazımatları ilə təmin olunmamasından başqa mühafizə çəpərlərinin çəkilməməsinə də tez-tez rast gəlinir.


Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə gələcəkdə "Təhlükəsiz iş həfətsi" Bakıdan əlavə Mingəçevir və Gəncə kimi iri şəhərlərdə də keçiriləcəyini dedi. 


Rəsmi qurumlar tikinti şirkətlərində baş verən ölüm və xəsarət hallarının qarşısını almaq üçün bu sahəyə nəzarəti daha da gücləndirməyi planlaşdırır.