news Image
2014.09.20
10:16
| A A A
Heydər Camal: “İŞİD Qafqaz üçün təhlükədir”

Rusiyanın İslam Komitəsinin sədri, azərbaycanlı ilahiyyatçı Heydər Camal İŞİD təhlükəsindən danışıb.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, H. Camal bildirib ki, İŞİD nəinki Yaxın və Orta Şərq üçün, həm də MDB üçün də təhlükədir: "İŞİD-in hədəflərində post-sovet ökələr də var. Hansı ki, bunu özləri gizlətmir. Bilirik ki, bu terror təşkilatının tərkibində MDB-dən olan müsəlmanlar da döyüşür və bu, onları potensial təhlükəyə çevirir. İŞİD təkcə hazırda mənsub olduğu ərazilər üçün deyil, Qafqaz, Rusiya, bütün MDB məkanı üçün də təhlükədir".

Azərbaycanlı alim İŞİD-ə görə ABŞ-ı da tənqid edib.

"İŞİD kimi terror qruplaşmaları yarananda Amerika susurdu, halbuki, bunun qarşısını o vaxt almaq olardı. Bəzən bu təşkilatı ABŞ-ın yaratdığı haqda iddialar səslənir, amma mən bunu doğru hesab etmirəm. Sadəcə olaraq bu gün İŞİD-ə qarşı koalisiya yaradan Amerika, bunu vaxtında yox edə bilərdi", -deyə H. Cama bildirib.