Əlaqə Arxiv
news Image
2014.09.20
13:00
| A A A
Bakıda maşın 47 yaşlı kişini vurub öldürdü
Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

Movqe.az APA-ya istinadən xəbər verir ki , hadisə Sabunçu-Zabrat yolunda baş verib.

Həsənov Ələmdar Lətif oğlu idarə etdi "50 CR 244" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomaşınla Bakı şəhər sakini 1967-ci il təvəllüdlü Lətifov Orduxan Murad oğlunu vurub.

Piyada aldığını bədən xəsarətlərindən elə hadisə yerindəcə keçinib. Hadisə yerinə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəliblərlər. Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, qəzaya yolun işıqlı olmaması və yüksək sürət səbəb olub.

Hadisə ilə bağlı danışan Zabrat sakinlərinin sözlərinə görə, bu yolda tez-tez qəzalar baş verir. Səbəb isə yolun işıqlandırılmaması və lazımi yerlərdə piyada keçidi ilə bərabər işıqforların quraşdırılmamasıdır.

Bədbəxt hadisənin qurbanı olan 47 yaşlı Orduxan Lətifovun cəsədi ətrafdakıların köməyi ilə maşına qoyularaq Sabunçu rayon morquna aparılıb. Hadisəni törətmiş "Mercedes"in sürücüsü Ələmdar Həsənov isə saxlanılaraq polis idarəsinə aparılıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz