Əlaqə Arxiv
news Image
2014.09.20
16:00
| A A A
Yəməndə qarşıdurma: yüzlərlə ölən var
Yəmən paytaxtı Sanaada dini zəmində qarşıdurmalar baş verib. Qarşıdurmalar zamanı azı 120 nəfər ölüb, onlarla insan yaralanıb.

Movqe.az-ın Milli.Az-a istinadən məlumatına görə, qarşıdurmaların daha şiddətli olduğu bölgələrdə minlərlə yerli əhali zorakılıqlardan qaçmaq üçün evlərini tərk etmək məcburiyyətində qalıblar.

Məlumata görə, bir qrup silahlı dəstə dövlət televiziyasına hücum edib. Televiziya binası raket zərbələrinə məruz qalıb.

Hökumət rəsmiləri televiziya binasına hücum edən qüvvələrin dövlət çevrilişinə cəhd etdiyini bildiriblər. Qrupun İrandan dəstək aldığı qeyd olunur.
Sizin Reklam Yeriniz