Əlaqə Arxiv
news Image
2014.09.20
17:11
| A A A
Terror təşkilatına qarşı əməliyyat: 60 ölü
Nigeriyada "Boko Haram" terror təşkilatına qarşı ordu qüvvələri əməliyyat həyata keçirib.

Movqe.az Milli.az-a istinadən xəbər verir ki, Nigeriyanın cənub-şərqində yerləşən Konduqa şəhərində "Boko Haram" silahlıları ilə ordu qüvvələri arasında döyüş olub. Bu barədə ordu tərəfindən Tvitter sosial şəbəkəsindən açıqlamada bildirilib.

Saatlarla davam edən silahlı qarşıdurma zamanı bir əsgərin öldüyü, 4-nün yaralandığı, terrorçu silahlıların isə 60-nın məhv edildiyi qeyd edilir.

Hökumət ordusu terrorçularla döyüşdə 24 tüfəng, 5 əl qumbarası dolu çanta, iki avtomat və bir zenit ələ keçirib.

Bir neçə gün əvvəl də hökumət tərəfindən verilən açıqlamada ordunun ölkənin şimal-şərqində 100-dən çox "Boko Haram" döyüşçüsünün öldürüldüyü bəyan edilmişdi.

Qeyd edək ki, "Boko haram" qruplaşması son vaxtlar etdiyi hücumlar nəticəsində 2.5 miyon əhalisi olan Adamava ştatının 6 şəhərini ələ keçirmişdi.
Sizin Reklam Yeriniz