Əlaqə Arxiv
news Image
2014.09.20
21:04
| A A A
Diş xəstəlikləri cavanlaşır
Araşdırmalar göstərir ki, hazırda stomatoloqlara müraciət edənlərin əksəriyyəti yeniyetmələr və gənclərdir. Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, onlar müxtəlif diş xəstəliklərindən əziyyət çəkirlər. Həkim Vüsal Baxşəliyev bildirir ki, bu, ilk növbədə, ağız gigiyenasına düzgün riayət olunmaması ilə bağlıdır:

"Dişlərin düzgün sürtülməsi qaydalarına riayət olunmalıdır. Dişlər gün ərzində iki dəfə, səhər və axşam təmizlənməlidir. Ağız boşluğu dezinfeksiya olunmalıdır. 6 aydan bir həkimə müraciət edilməlidir".

Həkim onu da deyir ki, hazırda stomatoloji tibbi avadanlıqlar müasirləşib, onların istifadəsi asanlaşıb. Artıq müasir avadanlıqlardan istifadə etməklə, diş kanallarını görmək və xəstəliyi yaradan əsas səbəbləri müəyyən etmək mümükündür. Müasir aparatlar vasitəsi ilə cəmi bir neçə dəqiqə ərzində xəstəliyin əsas səbəbi müəyyən edilir. Lakin dişlərin vaxtından tez çürüməsinin və ya digər xəstəliklərə düçar olmasının qarşısını hər kəs özü də ala bilər. Bunun üçün dişlərə vaxtında və düzgün qulluq etmək lazımdır.
Sizin Reklam Yeriniz