Əlaqə Arxiv
news Image
2014.09.20
22:07
| A A A
İŞİD 60 kəndi ələ keçirdi
İŞİD terrorçu qruplaşması Suriyanın şimalında Türkiyə ilə sərhəddə 60-dan çox kəndi ələ keçirib.

Movqe.az Milli.az-a istinadən xəbər verir ki, bunu İŞİD terrorçu qruplaşması bəyan edib.

Zəbt edilən kəndlərin əksəriyyətində kürdlər yaşayır.

Minlərlə dinc sakin terrorçuların hücumu nəticəsində öz evlərini tərk edib. Məlumatlara görə, kürd silahlıları da ərazini tərk ediblər. Türkiyə qaçqınların Suriyadan çıxması üçün sərhədləri açıb.

Qeyd edək ki, bu gün yayılan məlumatlara görə, Türkiyə tankları Suriya sərhədinə yerləşdirilib.
Sizin Reklam Yeriniz