Əlaqə Arxiv
news Image
2014.09.20
23:03
| A A A
"Elastik uşaq"
Ağdaş rayonunun Türyançay qəsəbəsində yaşayan 6 yaşlı Emin İsmayılov  qeyri -adi bacarığı ilə həmyaşıdlarından fərqlənir. O, peşəkar gimnastlar kimi müxtəlif hərəkətlər edir.

Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, bu bacarıqlarına görə, hamı onu "elastik uşaq" deyə çağırır. Eminə bu işdə atası Tofiq İsmayılov kömək edir. Emin İsmayılov əllərini, barmaqlarını asanlıqla hər yana qatlaya bilir. Onun ən çox sevdiyi hərəkətlərdən biri isə öz ölçüsündən dəfələrlə kiçik olan karton qutuya girməsidir.

O, həm də idmanın taekvando növü ilə məşğul olur. Bir çox yarışlarda medal və fəxri fərmanlar qazanıb. Hələ orta məktəbə getməsə də, yazmağı,oxumağı bacarır. Eminin yeganə istəyi isə gələcəkdə hərbçi kimi yetişib, işğal altındakı torpaqlarımızın azad olunmasında iştirak etməkdir.
Sizin Reklam Yeriniz