Əlaqə Arxiv
news Image
2014.09.20
23:06
| A A A
Arıçılıq təsərrüfatları təhlükə ilə üzləşib
Göyçay rayonunda arıçılıqla məşğul olan Mahir Qurbanov deyir ki, bu il hava şəraiti əlverişsiz keçdiyi üçün indiyədək arılara bal yedizdiriblər. İndi isə əksər arıçıların bal ehtiyatı tükəndiyi üçün şəkər tozu və müxtəlif vitaminlər vermək məcburiyyətindədirlər.

Movqe.az Milli.Az-a  istinadən xəbər verir ki, Bundan başqa, yazda dolu nəticəsində arıların ölməsi də onların qışlamasını çətinləşdirib: "Arının qışlaması üçün pətəklərdə kifayət qədər arı kütləsi olmalıdır ki, onlar özlərini qızdıra bilsinlər. Bu gün o, arı kütləsi yoxdur. Məsələn, qışa gedəndə pətəkdə 20-30 min arı olmalıdır. Hazırda isə pətəkdə 3-5 min arı var"

Arıçı bildirir ki, bu sahə ilə məşğul olduğu 30 ildən artıq müddətdə belə halla rastlaşmayıb. O, hər il bəslədiyi arılardan 700-800 kiloqram bal götürürdüsə, bu il həmin göstərici, demək olar ki, sıfıra bərabərdir. Mahir Qurbanov deyir ki, indi arıçılar bütün imkanlardan istifadə edərək, arıları qışdan itkisiz çıxarmağa çalışmalıdırlar.
Sizin Reklam Yeriniz