Yanğınsöndürən "Buzlu su" aksiyasi nəticəsində öldü
Amerikanın Kentuki ştatının yanğınsöndürmə xidmətinin
əməkdaşı Toni Qrider Ice Bucket
Challenge aksiyasinda iştirakı zamanı cərəyan zərbəsi nəticəsində
bədəninin 55%-nı yandırıb. Yanğınsöndürənlər suyu universitet
orkestrinin üzvlərinin üzərinə tökməli idilər. Elektrik xətlərinə
yaxınlaşan zaman Qrider və onun həmkarı yanğınsöndürən nərdivanının
yuxarı pilləsində dayanmışdırlar.
Movqe.az Trend-ə istinadan verdiyi məlumata görə, hadisə
nəticəsində yanğınsöndürmə xidmətinin üç əməkdaşı xəstəxanaya
yerləşdirilib, nəticədə onların ikisi evə buraxılıb, 41 yaşlı
yanğınsöndürən Toni Qrider (Tony Grider) isə həlak olub.
Tələbələrdən xəsarət alan olmayıb.
ALS Ice Bucket Challenge aksiyasinin mahiyyəti yan amiotrofik
skleroz (YAS) ilə mübarizədir. İştirakçılar ya 24 saat ərzində
üzərlərinə soyuq su tökməlidirlər, ya da ALS (YAS ilə mübarizə
təşkilatı) üçün ianə etməlidirlər. Son vaxtlar ərzində aksiyaya
dünya üzrə bir çox məşhur aktyor, müğənni, idmançı və siyasətçilər
qoşulublar. Aksiya zamanı artıq 65 milyon dollardan çox vəsait
yığılıb.