news Image
2014.09.21
15:00
| A A A
BMT Ukraynaya dəyən zərəri hesabladı: yarım milyard
Donetsk və Luqansk vilayətlərində aparılan hərbi əməliyyatlar Ukraynanın infrastrukturuna 440 milyon dollar həcmində zərər vurub. Bununla yanaşı, toqquşmalar, bürokratiya və vəsait çatışmazlığı əhaliyə humanitar yardım göstərilməsinə mane olur. Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlərin koordinasiyası üzrə idarəsindən bildirilib.

Qeyd olunur ki, atışma və bombardmanlar nəticəsində 2 min obyekt dağılıb. Onlardan 659-u ümumi yaşayış binası, 1230-u xüsusi ev və 178-i ofisdir. Hərbi əməliyyatlar üzündən Donetskdə müəssisələrin 70 faizi bağlanıb. Həm də onların fəaliyyətinin bərpası, ilk növbələrdə kömür mədənlərində ciddi problemlərlə müşayiət olunacaq. Münaqişə zonasına daxil olan rayonlarda insanlara məvacib və təqaüd ödənilmir, banklar qismən işləyir.

BMT-nin hesabatında qeyd olunur ki, Donetsk sakinləri su çatışmazlığına məruz qalıblar, çünki şəhərin bəzi rayonlarında su təchizatı tamamilə yoxdur.

Atəşkəs rejiminin vaxtaşırı pozulması qaçqınların sayının artmasına gətirib çıxarır.

BMT Ukraynadakı qaçqınların sayının 275 min olduğunu bildirir. Bundan başqa, 341 min insan qonşu ölkələrə qaçıblar. Onlardan 300 mininin Rusiyaya sığındığı qeyd olunur.

Sentyabrın 16-na olan son məlumata görə münaqişədə ən azı 3219 insan həlak olub. Onlardan 33-ü uşaqdır. 8198 insanın yaralandığı bildirilir. Bununla belə, hesabatda qeyd olunur ki, bu rəqəmlər olduqca azaldılmış ola bilər.