news Image
2014.09.22
14:45
| A A A
Milli Məclisin payız sessiyasının ilk iclasının tarixi və gündəliyi açıqlanıb

Azərbaycan Milli Məclisinin payız sessiyasında ilk iclasının tarixi və gündəliyi açıqlanıb.


Milli Məclisdən APA-ya verilən məlumata görə, sentyabrın 30-da keçiriləcək iclasın gündəliyinə 37 məsələ daxildir.

Gündəliyə parlamentin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi, Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, Cinayət Prosessual, Ailə və İnzibati Xətalar məcəllələrinə müxtəlif dəyişikliklər, "Yol hərəkəti haqqında", "Poçt haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", Hərbi qulluqçuların statusu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və daha bir neçə qanunlara əlavə və dəyişikliklər daxildir.