Əlaqə Arxiv
news Image
2014.09.22
16:47
| A A A
Nazir ABŞ-a yollandı
E. Məmmədyarov BMT-nin 69-cu sessiyasında iştirak edəcək Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfər edib.

Movqe.Az-ın XİN-ə istinadla verdiyi məlumata görə, nazirin Nyu-Yorka səfərinin məqsədi BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak etməkdir. 

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun BMT-nin 69-cı sessiyasında iştirakı və sessiyanın ümumi müzakirələr hissəsində çıxışı planlaşdırlıb.

Eyni zamanda, nazirin BMT-nin müxtəlif məsələlərə həsr olunmuş iclaslarında iştirakı və ikitərəfli və çoxtərəfli əsasda çoxsaylı görşüləri nəzərdə tutulub.
Sizin Reklam Yeriniz