Əlaqə Arxiv
news Image
2012.07.16
14:21
| A A A
Tsipras: Avrodan çıxmaq üçün yalvaracayıq

Movqe.az xəbər verir ki, Yunanıstanın Radikal Sol Koalisiya (SYRIZA) lideri Alexis Tsipras, Yeni Demokratiya Partiyasının (ND) lideri Andonis Samarasın başçılığı altında, Panhelenik Sosialist Hərəkətı (Paso) və Demokratik Sol Partiyanın (DİMAR) dəstəyi ilə qurulan koalisiya hökumətinin ölkəni Avro Bölgəsinin xaricinə yönləndirdiyini söyləyib.

Afinada təşkil edilən Avropa Sol Partiyasının İcra heyəti toplantısının açılışında danışan Tsipras, hökumətin iqtisadi siyasətini tənqid edərək, daha çox kəmər sıxma və özəlləşdirmələrlə əlaqədar qərarların və inkişaf proqramının uğursuzluğunu göstərdiyini qeyd edib.

Tsipras: "Proqram nəticə vermir. Tənliyin həlli yoxdur. Üç partiyalı hökumət, kreditorların məntiqdən kənar tələblərinə yardımçı olsa, iki ilin sonunda xəstə və iflas etmiş Yunanıstan öz istəyiylə və yalvararaq Avrodan çıxmağa məcbur qalacaq" - deyib.

Hökumətin, kreditorlarının maraqlarını beynəlxalq hədəflər kimi göstərməyə çalışdığını və qarşılıqlı kömək çərçivəsində cəmiyyətə aid su, elektrik, telekommunikasiya və dəniz mənzərəli daşınmaz əmlak satmaq niyyətində olduğunu ifadə edən Tsipras: "Sonunda Şəxsi Sektor iştirakı (PSI) olaraq bilinən təhvil mübadiləsi razılaşması kimi bunu da böyük uğur olaraq göstərəcəklər. Əslində, Yunanıstan satılır" - deyə çıxışında bildirib.

Tsipras Yunanıstanın inkişaf proqramını nəzarət və araşdırmalar aparmaq üzrə iyulun 24-də Afinaya gəlməsi gözlənilən Avropa Birliyi (AB), Avropa Mərkəzi Bankı (AMB) və Beynəlxalq Pul Fondu (IMF) nümayəndələrindən ibarət heyətinin, əslində yalnız Yunanıstana ''özünü asmaq üçün ip seçməsi imkanı verdiyini'' vurğulayıb.

Daxildə və xaricdə bəzilərinin iddia etdiyi kimi SYRİZA-nın Yunanıstan üçün bir təhlükə yartmadığına, böhranda olan Yunanıstan kimi ölkələr üçün əsl təhlükənin kəmər sıxma və daxili siyasətdən gəldiyinə işarə edən Aleksis Çipras, bunun, yalnız təqaüdçü maaşlarını və gəlirləri azaltmakla qalmayıb, ölkə sərvətinin dəyərindən aşağı qiymətlərə satılmasını asanlaşdırdığını dilə gətirib.

Tural QABİLOĞLU    

Sizin Reklam Yeriniz