Əlaqə Arxiv
news Image
2014.09.23
13:05
| A A A
Bakıda avtomobil oğrusu tutuldu

Əməliyyat Suraxanı rayon Polis İdarəsi 31-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilib

Bakının Suraxanı rayonunda avtomobil sahiblərinə "od vuran" şəxsi polis tutub. 


Bakı şəhər Baş Polis İdarəsindən anspress-ə verilən məlumata görə, əməliyyat Suraxanı rayon Polis İdarəsi 31-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilib.


Keçirilən əməliyyat tədbirləri nəticəsində, avtomobil qaçırmada şübhəli bilinən Bakı şəhər sakini Elçin Quliyev tutulub.


Araşdırmalar zamanı məlum olub ki, o, iyunun 21-də Bakı şəhər sakini Fəxrəddin Qasımova məxsus "VAZ-2106" markalı avtomobil T.Bayram küçəsindən qaçırıb. Həmin gün Bakıxanov qəsəbəsi, A.Pəri küçəsində avtomobil sökülmüş vəziyyətdə tapılıb.


Polis saxlanılan şəxsin digər cinayətlərdə iştirak edib-etmədiyini araşdırılır.


Faktla bağlı araşdırmalar davam edir.


Sizin Reklam Yeriniz