news Image
2014.09.23
19:25
| A A A
Payız aksiyası başladı - Tələsin

"Azərbaycan Hava Yolları" bir neçə aviareys üzrə xüsusi Payız aksiyasına başlayıb.

Aviaşirkətdən bildiriblər ki, aksiya çərçivəsində London-Bakı-London istiqamətində 399 funt-sterlinqə, Bakı-London-Bakı istiqamətində isə 449 avroya bilet əldə etmək olar. Eyni zamanda, Təbriz və Tehrana 209, Roma, Milan, Paris, Praqa, Pekinə 449, Tel-Əvivə 379, Tbilisi-Nyu York-Tbilisi (Bakıdan keçərək) reysinə isə 630 avroya gediş-gəliş bileti almaq mümkündür.

Aksiya oktyabrın 1-dən 15-dək alınan biletlərə şamil olunur. Uçuşlar noyabrın 1-dən dekabrın 10-dək olan dövrü əhatə edir.