Əlaqə Arxiv
news Image
2014.09.23
22:25
| A A A
Azərbaycan alimlərinin qurultayı olacaq

Akademik Akif Əlizafdə qurultayın tədbirlər planından danışıb

Bu il dekabrın 19-da Bakıda Azərbaycan Alimlərinin I Qurultayı keçiriləcək.


Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) anspress-ə verilən xəbərə görə, Rəyasət Heyətində təşkil olunan müşavirədə AMEA prezidenti, akademik Akif Əlizafdə qurultayın tədbirlər planından danışıb. O bildirib ki, planda işçi qrupunun yaradılması, yerli və xarici qonaqların müəyyənləşdirilməsi və onlarla müvafiq işlərin aparılması, qurultayın redaksiya heyəti və katibliyinin müəyyənləşdirilməsi və digər məsələlər yer alır. Bundan əlavə, tədbirdə çıxış edəcək alimlərin məruzələrinin toplanması və "Azərbaycan alimlərinin I qurultayının materialları" adlı kitabın hazırlanması da nəzərdə tutulur. 


Müşavirədə vurğulanıb ki, qurultayın dövlət səviyyəsində təşkili məqsədi ilə ölkə rəhbərliyinə müraciət ediləcək. Tədbirdə dünyaın müxtəlif ölkələrindən azərbaycanlı alimlər, həmçinin respublika üzrə bütün elm və təhsil müəssisələrindən nümayəndələr iştirak edəcəklər. Qurultay Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Sizin Reklam Yeriniz