news Image
2014.09.23
18:11
| A A A
Bakıda kişi əmisi oğlunu baltaladı

Hadisə Kürdəxanı qəsəbəsində, 1 may ünvanında baş verib

Bu gün səhər saat 05:00 radələrində Bakının Sabunçu rayonunda dəhşətli qətl hadisəsi baş verib. Sabunçu rayon prokurorunun köməkçisi Ülviyyə Şükürovanın anspress-verdiyi məlumata görə, hadisə Kürdəxanı qəsəbəsində, 1 may ünvanında baş verib.


Belə ki, 1963-cü il təvəllüdlü Əlisamit Ataməli oğlu Zeynalov aralarında yaranan münaqişə zəminində, əmioğlusu, 1973-cü il təvəllüdlü Hacıəli Əliağa oğlu Dostməmmədova balta ilə bir neçə zərbə vurub.


O, əmioğlusunun başından və bədəninin bir neçə hissəsindən vurub. Ağır xəsarətlər alan Hacıəli Dostməmmədov xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.


Əmioğlusunu öldürən Əlisamit Zeynalov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.