Azərbaycanda qarpızdan kütləvi zəhərlənmə baş verib
Azərbaycanda qarpızdan kütləvi
zəhərlənmə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat
xidmətindən APA-ya verilən
məlumata görə, hadisə iyulun 15-də İsmayıllı rayonu Qoşakənd
kəndində qeydə alınıb. Kənd sakinləri Mükafat Qədirov, Gülsabah
Əliyeva, onlara qonaq gələn qonaqlar - Bakı şəhər sakinləri Aygün
Nağıyeva, Nailə Nağıyeva və İsmayıl İsmayılov qarpızdan zəhərlənmə
diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Faktla bağlı araşdırma aparılır.