Əlaqə Arxiv
news Image
2014.09.24
12:30
| A A A
Reallığa çevrilən vədlər: Masallı və onun ucqar kəndləri təzədən qurulur...

Masallı Rayon İcra Hakimiyyəti Başçısı Rafil İSRAFİL OĞLU HÜSEYNOVUN Masallı şəhər sakinləri ilə səyyar görüş-qəbulu



Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Masallı şəhər Mədəniyyət evində şəhər sakinləri ilə növbəti səyyar görüş-qəbulu işgüzar şəraitdə keçdi. Bura rayonun rəhbəri ilə bərabər idarə-müəsissə rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və c.gəlmiıdilər.

Sakinləri salamlayan rayon rəhbəri dedi ki, inkişaf yaşadığımız şəhərə daha çox inteqrasiya olunub. Masallının baş planı var. Sovet dönəmində səhvlərə yol verilib, arxitekturası pozulub. Biz tikinti-abadlıq işləri aparanda, yolları genişləndirəndə vətəndaşlar öz torpaq sahələrindən verdilər. Mən rayon rəhbəri kimi onlara minnətdarlığımı bildirmişdim və təzədən bildirirəm. Şəhərin bütün hissələrində mərkəzləşmə gedir. Yeni massivlər, bulvar salınacaq. Bu, 2 hektar ərazini əhatə edəcək. Gələcəkdə Masallı şəhəri iqtisadi və turizm fəaliyyətinin mərkəzinə çevriləcək.


Rayon rəhbəri inzibati ərazi bölgüsündə dəyişikliklərin vaxtında edildiyini göstərdi. Belə ki, Milli Məclisin regional məsələlər komissiyanın 28 fevral 2013-cü il iclası və "Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" respublika Prezidentinin 15 mart 2013-cü il tarixli sərəncamına əsasən Masallı rayonunun tərkibində olan Dadva, Digah, İsgəndərli və Seybətin kəndləri, eyni zamanda Bambaşı kənd inzibati ərazi dairəsindəki Kosakül, həmçinin Təklə kəndləri ləğv edilərək Masallı şəhərinin tərkibinə daxil edilmişdir. Bununla da şəhər ərazisi 300 hektardan 2500 hektaradək genişlənmişdir.


Rayon rəhbəri Rafil Hüseynov başqa ərazilərdə olduğu kimi Masallı şəhər sakinləri ilə açıq dialoq apardı. Çıxışçılar rayon rəhbərinin sözünə qüvvət verib göstərdilər ki, onlar da Prezident İlham Əliyevə Masallıya diqqətinə görə minnətdarlıq edirlər. 


Ziyalı, dövlət qulluğu veteranı Ələşrəf Niftiyev Masallının və ucqar kəndlərin inkişafı üçün rayon rəhbərinə minnətdarlıq bildirdi.    


Şəhər sakini, Əməkdar müəllim Mirqabil Hüseynov qeyd etdi ki, Masallının yenidən qurulmasında ölkə Prezidentinə, şəxsən cənab başçı, Sizə çox sağ olun deyirik. Masallının panoramı hər gün dəyişir, gözəlləşir. Bu, Sizin zəhmətinizdir...


 Kosakül sakini Zöhrab Talıbovun da müraciəti dinlənildi:


-Görülən abadlıq işlərinə görə, cənab başçı, sağ olun. Masallıda son illərdəki quruculuqdan  hamı ürəkdolusu danışır. Bir xahişim var: Kosakül yaşayış məntəqəsinə içməli su çəni qoyulsun və yolların  təmiri ilə əlaqədar kömək göstərilsin.


R. Hüseynov:


-Kosakül şəhərə təzə birləşib. Kosakül Ərkivan-Şərəfə marşrutu üzrə su-kanalizasiya sisteminə daxil olacaq. 200 metr yola asfalt çəkdirməyə çalışırıq.


Cəfər Əzizov Masallının təmir və abadlıq işlərinə görə ölkə və rayon rəhbərliyinə minnətdarlıq bildirdi. Cəfər müəllim körpüdən Ərkivan qəsəbəsinə çəkilən prospektə yol nişanlarının qoyulmasını xahiş etdi.


Gənc ana, tibb işçisi Samirə Əliyeva başçıya şəxsi problemini bildirdi. Şikayətin həlli ilə əlaqədar aidiyyatı təşkilata tapşırıq verildi, məhkəməyə müraciət edilməsi tövsiyə olundu.


RİH başçısı fərəhlə dedi ki, Masallı həmişə tanınan rayon olub. Əvvəllər burda bir sıra regional idarələr yerləşib. İndi yoxdur. Gələcəkdə həmin idarələrin bərpasına çalışacağıq. Şəhər mərkəzində 12 bank, 6 şadlıq sarayı, 9 mebel mağazası, 7 məscid, 3 yanacaq məntəqəsi və 5 istirahət parkı fəaliyyət göstərir. Masallıda Dövlət Regional Kolleci açılıb, tələbələr qəbul olunub. "Asan xidmət" də açılacaq. Rayonun tibb bazası möhkəmlənir. Masallı regionda ən yaxşı tibb personalı olan rayondur. Amma baza yoxdur. Mərkəzi xəstəxana gələn il, 2 xəstəxanamız bu il istifadəyə veriləcək. Su-kanalizasiya və transformator sistemi təzədən qurulur. Qazlaşma, rabitə, kabel sistemi, telefon, təhsillə bağlı işlərimiz vardır. Narahatedici haldır ki, cəmi bir bağça təmir olunub. İsgəndərlidə 100 yerlik bağçanın tikintisinə başlamışıq. Gələcəkdə 4 nömrəli bağça təmir olunacaq.


– Səyyar qəbulda qaldırılan məsələlərin həllinə çalışacağıq. Belə ki, Kosakül istiqamətində çınqıl daş döşənməsi, yaşayış məntəqəsinə içməli su çəninin qoyulması və yolların  təmir edilməsi ilə əlaqədar Masallı şəhər ərazi nümayəndəliyinə və şəhər bələdiyyəsinə tapşırıq veriləcək, xırda dükanların, iri marketlərin birləşməsi şəhərin baş planına salınacaq, mal-qara bazarı yaxın vaxtlarda şəhər ərazisindən başqa səmtə yönələcək. Körpüdən Ərkivan qəsəbəsinə yol təmiri davam edir. Təmir işləri başa çatdıqdan sonra həmin keçidlərə yol işarələri qoyulacaq.- axırda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov belə dedi...    

Sizin Reklam Yeriniz