news Image
2014.09.24
16:20
| A A A
Müəllimlərin sınaq qiymətləndirilməsinin nəticələləri açıqlanıb

Müəllimlər nəticələrlə bakuedu.az saytında tanış ola bilərlər


ANS PRESS-in Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadla verdiyi məlumata görə, 20 sentyabr 2014 - cü il tarixlərində keçirilmiş Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsinin nəticələri məlum olub.


Təhsil İdarəsindən bildirilib ki, nəticələrlə bakuedu.az saytından istifadə etməklə tanış olmaq mümkündür. İş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla nəticə haqqında məlumat əldə etmək olar. 


Nəticələrin öyrənilməsi ilə bağlı problem yarandıqda saytda yerləşdirilmiş "Müraciət forması"nı doldurmağınız xahiş olunur. Müraciətlərə 1 (bir) iş günü ərzində cavab veriləcək.