news Image
2014.09.24
18:02
| A A A
Avstraliyada polis İŞİD pərəstişkarı olan gənci güllələdi

Avstraliyanın Melburn şəhərində polis terrorçularla əlaqələrdə şübhəli bilinən gənci güllələyib. movqe.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hadisə gəncin polis məntəqəsində iki əməkdaşa bıçaq zərbəsi vurmasından sonra baş verib.

Hücumdan əvvəl 18 yaşlı oğlan qışqıraraq ölkənin baş naziri Toni Ebottun ünvanına hədələr səsləndirib. Bildirilir ki, polis məntəqəsinə o, özü gəlib. Polis həmin şəxsi bir neçə ay imiş ki, axtarırmış. Yeniyetmə ticarət mərkəzlərindən birində İŞİD bayrağı ilə görüntülənəndən sonra ondan şübhələnməyə başlayıblar.

Yerli müsəlman icmasından alınan bilgiyə görə, həlak olan Nyuman Xayderdir.