Əlaqə Arxiv
news Image
2014.09.25
17:18
| A A A
“Əbdürrəhman Cami və müasirlik” mövzusunda beynəlxalq konfrans keçirilib

Sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Mövlanə Əbdürrəhman Caminin 600 illik yubileyinə həsr olunmuş "Əbdürrəhman Cami və müasirlik" mövzusunda beynəlxalq konfrans keçirilimişdir.


Azərbaycan Milli Elmlər Akademiyası və Tacikistan Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Nizami adına Ədəbiyyat İnstitutunun Elektron Akt Zalında keçirilən tədbirdə Azərbaycan elmi ictimaiyyəti ilə yanaşı Tacikistanın və bir sıra xarici ölkələrin diplomatik korpuslarının və elmi qurumlarının nümayəndələri iştirak etmişlər.


Konfrans iştirakçıları əvvəlcə foyedə böyük Şərq mütəfəkkiri Əbdürrəhman Caminin Azərbaycan, tacik, ingilis, rus dillərində çap olunmuş kitablarının sərgisi ilə tanış olmuşlar.


Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin və Tacikistan EA-nın prezidenti, müxbir üzv Fərhad Rəhimovun təbrik məktubları oxunmuşdur. Təbriklərdə hər iki ölkənin elmi-mədəni əlaqələrinin yüksək xətlə inkişaf etdirildiyi vurğulanmış, beynəlxalq tədbirin işinə uğurlar arzulanmışdır.


Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açmış, Azərbaycan və Tacikistan respublikaları arasında qarşılıqlı dostluq və elmi əməkdaşlıq əlaqələrindən danışmış, əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyini bildirmişdir. Bu yaxınlarda iki ölkə akademiyası arasında elm sahəsində əməkdaşlıq üzrə birgə layihələrə start veriləcəyini diqqətə çatdıran akademik bu sahədə AMEA prezidenti, akademik Akif Əlizadə tərəfindən aparılan fəaliyyətin hədəflərini qeyd etmişdir.


Akademik İsa Həbibbəyli təkcə Şərqdə deyil, bütün dünyada tanınan Əbdürrəhman Caminin həyatı və yardıcılığı haqqında ətraflı məlumat verərək dahi mütəfəkkirin əsərlərini geniş şərh etmişdir. Bildirmişdir ki, Əbdürrəhman Caminin irsi tərəqqipərvər bəşəriyyət tərəfindən yüksək qiymətləndirilir, dünyanın hər yerində onun əsərləri bu gün də tərcümə edilir, nəşr olunur və oxunur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2004-cü ildə verilmiş sərəncamı əsasında bir sıra dünya klassikləri sırasında Caminin də əsərlərinin latın qrafikalı


əlifba ilə çap edilib ölkə kitabxanalarına hədiyyə olunmasının iki ölkə arasında mövcud olan mədəni əlaqələrin bariz nümunəsi olduğunu bildirən akademik İsa Həbibbəyli Azərbaycanda dahi söz sahibinin əsərlərinin daima çap olunduğunu, bu sahədə elmi tədqiqat işlərinin aparıldığını diqqətə çatdırmışdır. Akademik tacik xalqının böyük oğlu, tacik-fars ədəbiyyatının görkəmli klassiki Əbdürrəhman Caminin fəlsəfi və bədii əsərlərinin təhlilini verərək, şeirlərindən nümunələr gətirmiş, dahi klassikin üç divanını ətraflı şərh etmiş, bu iri həcmli silsilə divanların nəsihətamiz ideyasını, ədalətə, əmin-əmanlığa çagırış missiyasını yüksək dəyərləndirmişdir. Akademik İsa Həbibbəyli Şərqin böyük söz ustadları Nizami Gəncəvi, Firdovsi, Sədi, Hafiz Şirazi, Yunis İmrə, Əmir Xosrov Dəhləvi, Nəsimi, Füzuli və başqaları ilə bir sırada Əbdürrəhman Caminin də əsərlərinin dərin fəlsəfəsi, bəşəriyyətə humanizm, birlik, sülh, ədalətlilik çağırışları ilə tarixdə iz qoyduğunu bildirmişdir. Qeyd etmişdir ki, "Baharistan", "Yusif və Züleyxa" və digər əsərləri ilə ustad sənətkar tamamilə fərqli düşüncə üzrə fəlsəfi fikir dünyasında işıqlı ideyalar ortaya qoymuş, məhəbbət dastanını cəmiyyət dastanına çevirməyi bacarmışdır.


Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zoxir Saidov belə bir nüfuzlu beynəlxalq tədbirin keçirilməsinə görə ölkə Prezidentinə, o cümlədən AMEA-nın rəhbərliyinə minnətdarlığını ifadə edərək təşəkkürünü bildirmiş, Azərbaycan və Tcikistan dövlətləri arasında qarşılıqlı elmi-mədəni əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini diqqətə çatdırmışdır. Səfir bu gün Tacikistan Respublikasında dünya söz xəzinəsinə əbədi irs qoymuş dahi mütəfəkkir Əbdürrəhman Caminin adının əbədiləşdirildiyini, əsərlərinin müxtəlif dünya dillərinə tərcümə edilərək yayıldığını qeyd etmiş, əsərlərinin bu gün də ölkələrinin elmi ictimaiyyətinin diqqətində olduğunu bildirmişdir.


YUNESCO-nun Azərbaycandakı nümayəndəsi Günay Əfəndiyeva təmsil etdiyi beynəlxalq qurum tərəfindən qeyri-maddi mədəni irs sahəsində görülən işlərdən danışmış, bu sahədə Heydər Əliyev Fondunun yaxından iştirakını xüsusi vurğulamış, Əbdürrəhman Caminin yaradıcılığının beynəlxalq aləmdə geniş təbliğ olunduğunu diqqətə çatdırmışdır.


Sonra elektron akt zalında Tacikistan EA-nın prezidenti, müxbir üzv Fərhad Rəhimovla videobağlantı yaradılmış, o, beynəlxalq konfransı uğurlu elmi-mədəni


hadisə kimi səciyyələndirmişdir. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də videobağlantı vasitəsilə çıxış etmişdir.


İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakainin çıxışında, Tacikistan EA-nın müxbir üzvü, professor Mirzo Mulloanmadovun "Əbdürrəhman Cami – misilsiz humanist", AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin "Nizami Gəncəvi və Cami" mövzularında məruzələrdə, o cümlədən İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Səid İbrahim İbrahiminin çıxışında Şərqin böyük dühası, tacik-fars ədəbiyyatının misilsiz nümayəndəsi Əbdürrəhman Caminin yaradıcılıq məziyyətlərindən söhbət açılmış, əsərlərinin elmi tədqiqat nöqteyi-nəzərindən təhlili verilmişdir.

Sizin Reklam Yeriniz