news Image
2012.07.16
16:13
| A A A
Bu kəndin bələdiyyə başçısı küçə pişiyidir

Movqe.az xəbər verir ki, ABŞ-da bələdiyyə başçısı seçimi üçün uyğun namizəd tapa bilməyən xalq bir pişiyi başçı kürsüsünə oturdub. 15 yaşındakı pişiyi görməyə dünyanın dörd bir tərəfindən minlərlə insan gəlir.

ABŞ-ın Alyaska ştatının Talkeetna kəndində yaşayan xalq bələdiyyə başçısı seçkilərində namizədlərin heç birini bəyənməyincə bir ilkə imza atıb.15 il əvvəl reallaşan hadisədə 900 nəfərlik kəndin sakinləri səsvermə zərfinə küçə pişiyi Stubbsın adını yazıb.

Aldığı səslərlə bələdiyyə başçısı seçilən Stubbs təmsilçi rəhbər olsa da indi kürsüsünün dadını çıxardır.Dünyanın dörd bir tərəfindən minlərlə insan bələdiyyə başçısı olan pişiyi görməyə Talkeetna kəndinə gəlir.

Tural QABİLOĞLU   

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs