news Image
2014.09.25
19:14
| A A A
Ordumuzun təlimindən yeni görüntülər

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarə və helikopterlərinin təlimlərinin növbəti videogörüntüsünü yayıb.

Təlimlərdə iki ölkənin HHQ-lərinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanları yerinə yetirilir.

Təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edir.

Aviasiya vasitələrinin iştirakı ilə keçirilən birgə təlimlər oktyabrın 3-dək davam edəcək.