Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
YAP-çı deputatdan Sarqsyanın çıxışına sərt reaksiya
 
 
news Image
2014.09.25
18:01
| A A A
YAP-çı deputatdan Sarqsyanın çıxışına sərt reaksiya

Millət vəkili Aydın Mirzəzadə Ermənistan prezidenti Serj Sarqsyanın dünən BMT Baş Məclisinin 69-cu sessiyasındakı çıxışına münasibət bildirib. AzNews.az xəbər verir ki, deputat bu barədə özünün facebook səhifəsində yazıb. Millət vəkili qeyd edib ki, Ermənistan prezidenti Serj Sarqsyan ancaq başqa dövlətlərin nümayəndələri kimi beynəlxalq təhlükəsizlik tədbirlərindən, qonşu dövlətlərlə mehriban münasibətlərdən, ümümplanet problemlərindən danışmaq əvəzinə Ermənistan prezidenti mötəbər auditoriyanı aldatmaq yolunu seçib: "Sarqsyan yenə də uydurma "erməni soyqırımını" müzakirə mövzusuna çevirməyə və Türkiyəni əsassız yerə ittiham etməyə başladı. Hansı ki, Türkiyənin arxivləri açmaq təklifinə rəsmi Yerevan rədd cavabı verdi və birinci dünya müharibəsində erməni hərbi birləşmələrinin Osmanlı türk kəndlərinin yüz minlərlə dinc əhalisini qətlə yetirməsi isə tarixin inkar edilməyən səhifələrindədndir. Həmçinin Sarqsyan Osmanlı İmperiyasının 1912-1915-ci ildə maliyyə nazirinin və xaricdəki səfirlərinin 24-nün erməni millətindən olmasını yada salmaq istəmir. Türkiyəni ittiham edən Ermənistan dövlət başçısı Baş Məclisə Türkiyənin Ermənistanla sərhədi açmaq istəməyindən şikayət edir. Çıxışından əvvəlki tezisi unudaraq Türkiyəni onu sevməyə dəvət etməsi siyasi riyakarlığın ən bariz nümunəsi hesab edilə bilər".

Sarqsyanın ənənəvi olaraq Dağlıq Qarabağ münaqişəsindən də danışdığını qeyd edən A.Mirzəzadə onun o müdafiə naziri olaraq Azərbaycan torpaqlarının 20 faizin işğal etməklərindən, Xocalı faciəsini törətməklərindən, 1, 2 milyon Azərbaycan vətəndaşını öz torpaqlarında qaçqına çevirməklərindən də danışmağı məsləhət bilib: "Həmçinin öz doğmaca kəndlərinə gedən iki Kəlbəcər sakinin tutularaq işgəncə verməklərindən, onlar üzərində məzhəkəyə oxşayan məhkəmə qurmaq istəməklərindən söz açmadı. O çıxışında xeyli BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan torpaqlarının işğalın həsr olunmuş dörd qətnaməsindən söz açdı. Daha doğrusu məsələni təhrif etməyə çalışdı. Sarqsyan Azərbaycanı Dağlıq Qarabaş ilə birbaşa əlaqələr qurmamaqda ittiham etdi. Ancaq Ermənistan qoşunlarının Azərbaycanda nə etdiyini və özünün vaxtaşırı dəvət olmadan, icazəsiz Azərbaycan torpaqlarına gəlməsinin səbəbləri üzərindən sükutla keçdi.

Beləkilə, Ermənistan lideri növbəti dəfə dünya ictimaiyyətini aldatmağa çalışdı. Hesab etdi ki, bununla da erməni xalqının gündəlik qayğıları suallarından yayına biləcək. Ermənistan əhalisinin onun siyasətini bəyənməyərək hər il yüz min nəfərin ölkəni tərk etməsi, yoxsulluq səviyyəsinin əhalinin 30 faizində dayanması, korrupsiya və sabaha inamsızlığın artıq Sarkisyana dəxli yoxdur. Odur ki, BMT Baş Məclisində bu barədə danışmamaq da olar".