Əlaqə Arxiv
news Image
2014.09.27
11:06
| A A A
İŞİD-dən yeni taktika
Amerika Birləşmiş Ştatlarının (ABŞ) qurduğu koalisiyanın İŞİD-ə qarşı həyata keçirdiyi hücumlardan sonra terror qruplaşması hərəkət planlarında dəyişiklik ediblər.

Movqe.az Milli.az-a istinadən xəbər verir ki, Kərkükün cənubunda yaşayan qəbilə liderlərindən biri İŞİD terrorçularının artıq əvvəlki kimi zirehli maşınlarda gəzmədiyini, diqqət çəkməməyə çalışdıqlarını bildirib.

"Onlar əvvəlki kimi hərbi karvanlar şəklində gəzmirlər. Bunun əvəzində motosiklet, velosiped və lazım olarsa, qoruyucu rəngdə olan avtomobillərdən istifadə edirlər. Bundan başqa, İŞİD-çilər iz azdırmaq üçün boş evlərə bayraqlarını asırlar. Amma əvvəlki vaxtlarla müqayisədə indi insan ölümləri azalıb. Əvvəllər insanlar su içmək kimi asan yolla öldürürlər", – deyə qəbilə lideri sözlərinə əlavə edib.

İŞİD terrorçuları mobil telefondan da az istifadə edirlər. Silahlılar nömrələrini dəyişirlər, işlətmədikləri halda bağlayırlar. Gizlənmək üçün müxtəlif üsullara əl atan silahlılardan bəziləri evlərin həyətində iki nəfərlik xəndəklər qazaraq orada gizlənirlər.
Sizin Reklam Yeriniz