Əlaqə Arxiv
news Image
2014.09.27
17:03
| A A A
Bu gün Ümumdünya Turizm Günüdür

27 sentyabr Ümumdünya Turizm Günü kimi qeyd olunur. 1925-ci ildən Cenevrədə müxtəlif adlar altında fəaliyyət göstərən turizm təşkilatı 1970-ci il 27 sentyabr tarixində Ümumdünya Turizm Təşkilatı kimi formalaşıb.

Movqe.az xəbər verir ki, 1979-cu ildə Baş Qərargahı Madrid şəhərinə köçən təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Bu gün Azərbaycan da daxil olmaqla dünyanın 150-dən çox ölkəsində turizm təmsilçilərinin bayramı kimi qeyd edilir.



Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olan vaxtdan qeyd olunur. Azərbaycanda turizmin inkişafı üçün Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" və bu proqrama uyğun olaraq çoxsaylı layihələr həyata keçirilir.

Proqramın başlıca məqsədi ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılmasıdır.


Azərbaycanda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələr, müasir hotellərin sayı da getdikcə artır. Hazırda ölkəmizdə 530 hotel fəaliyyət göstərir. Ötən 7 ildə hotellərin sayı 2 dəfə artıb.


Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədilə 2006-cı ildə ölkədə Turizm İnstitutu yaradılıb, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılıb. 2002-ci ildən başlayaraq Bakıda hər il Beynəlxalq Turizm və "Ümumrespublika Daxili Turizm Sərgiləri" keçirilir.

Sizin Reklam Yeriniz