news Image
2014.09.27
18:05
| A A A
Avtobus uçuruma yuvarlandı, 23 nəfər yaralandı

Ötən gecə saatlarında Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb. Sürücünün idarəetməni itirməsi nəticəsində maşın uçuruma yuvarlanıb.

Movqe.az publika.az-a istinadən xəbər verir ki , Əskişəhər İstanbul yolunda baş verən qəzada 23 nəfər yaralanıb.

Hadisə yerinə çağırılan təcili yardım həkimləri ilkin müdaxilə göstərsələr də, vəziyyəti ağır olanlar xəstəxanaya yerləşdirilib.

Yaralılar arasında Pakistan və İraq vətəndaşları da var.