news Image
2014.09.27
20:11
| A A A
Tanınmış rumın futbolçu Hindistana gedir?

Adrian Mutunun "Petrolul" klubundan ayrılması barədə xəbər vermişdik. Rumın futbolçu klub axtarışını davam etdirir.

Movqe.az Qol.az-a istinadən xəbər verir ki, təcrübəli hücumçu Hindistan Superliqasında iştirak edən "Puna City" ilə danışıqlar aparır. Tərəflərin böyük ölçüdə anlaşacağı bildirilir.

Xatırladaq ki, 35 yaşlı rumın forvard zəngin karyerasında "İnter", "Çelsi", "Yuventus" və "Fiorentina" kimi tanınmış klublarda forma geyinib.