Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının başlanması ilə bağlı fətva verib
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin Qazilər
Şurası orucluq ibadətinin – Ramazan ayının başlanması ilə bağlı
fətva verib.
APA-nın verdiyi məlumata görə, Qazilər Şurasının bu gün keçirilən toplantısında bildirilib ki, Ramazan ayının ilk günü miladi təqvimi ilə iyulun 21-ə təsadüf edir.
İyulun 20-i isə niyyət gecəsidir. Ayın görünməsindən asılı olaraq Ramazan – fitrə bayramı miladi təqvimi ilə avqustun 19-u və ya 20-ə düşür. Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayında hamını səbrli olmağa və Allah yolunda xeyirxah işlər görməyə dəvət edib.
Qeyd edək ki, bu il əhya gecələri avqustun 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə və 26-dan 27-nə keçən gecəyə təsadüf edir. Bu günlərdən birinin (əsasən də sonuncunun) Qədr gecəsi olması ehtimalı böyükdür.