Əlaqə Arxiv
news Image
2014.09.28
14:03
| A A A
"Opel" ağaca çırpıldı: 5 nəfər yaralandı
Ötən gün axşam saatlarında Şabran rayonu ərazisində ağır yol qəzası baş verib.

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Şabran rayonu, Rəhimli kəndində (rayon mərkəzindən 20 km aralı) "Opel " markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində yol qəza hadisəsi baş verib.

Nəticədə "Opel" markalı yük avtomobilin sıxılmış vəziyyətdə qalmış sürücüsü yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım xidmətilə xəstəxanalara çatdırılıb.

"Opel" markalı minik avtomobilində olan 5 nəfər sərnişin (2 nəfər kişi və 3 nəfər qadın) yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən çıxarılaraq adiyyatı üzrə təhvil verilib.
Sizin Reklam Yeriniz