Əlaqə Arxiv
news Image
2014.09.28
17:00
| A A A
Çindən Türkiyəyə maraqlı təklif

Çinin Xarici İşlər naziri Vang Yinin başçılıq etdiyi nümayəndə heyəti ABŞ-ın Nyu York şəhərində Türkiyə nümayəndə heyəti ilə geniş tərkibli görüş keçirib.

Movqe.az Axar.az-a istinadən xəbər verir ki, iki ölkə arasında və regional məsələlərin müzakirə olunduğu görüşdə çinli nazir həmkarı Mövlud Çavuşoğluna Türkiyə ilə "Azad ticarət" razılaşmasını təklif edib. Bir çox iqtisadi layihələrin müzakirə olunduğu görüşdə Çavuşoğlu Türkiyənin BMT Təhlükəsizlik Şurasının müvəqqəti namizədliyi mövzusunda Çinin dəstəyinin çox vacib olduğunu dilə gətirib.

Görüş zamanı Çinlə Türkiyə arasında inşası nəzərdə tutulan yüksək sürətli qatar xəttinin yaradılması, müdafiə və nüvə enerjisi sahələrində əməkdaşlıq da müzakirə mövzusu olub.

Sizin Reklam Yeriniz