Əlaqə Arxiv
news Image
2014.09.28
17:11
| A A A
ABŞ bombaladı, İŞİD Kobaniyə hücuma keçdi

ABŞ və koalisiya qüvvələri İŞİD-in Kobaniyə yaxın ərazidə mövqelərini bomaladıqdan sonra təşkilat hücum hazırlığına başlayıb.

Movqe.az Axar.az-a istinadən xəbər verir ki, İŞİD Kobanini tamamilə ələ keçirmək üçün hərəkətə keçib.

İŞİD-in Munbik, Rakka və Bab bölgələrinə tanklar yeritdiyi bildirilir. Bölgədə İŞİD-lə kürdlər arasında davam edən qarşıdurmalarda çoxlu sayda ölən və yaralananlar olduğu qeyd edilir.

ABŞ Mərkəzi Qüvvələr Komandirliyindən verilən açıqlamada Suriyada 7, İraqda isə 3 hava hücumu təşkil edildiyi vurğulanır.

Sizin Reklam Yeriniz