Əlaqə Arxiv
news Image
2014.09.28
22:10
| A A A
Qadını ölü bilib basdırdılar

Yunanstanın Saloniki şəhərinin yaxınlığında 45 yaşlı yerli saikni ölü bilib diri-diri basdırıblar.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, xərçəngdən öldüyü zənn olunan qadının yas mərasimi keçirilib. Həkim qadının öldüyünü demişdi.

Qadın dəfn olunandan və onun ailə üzvləri qəbristanlığı tərk edəndən sonra məzarın yanında qalmış qohumlar qışqırtı səsi eşidiblər.

Məzarı dərhal qazmata başlayıblar.

Amma tabut açılanda qadın artıq ölmüşdü.

Hadisə yerinə çağırılmış həkimlərin dediklərinə görə, qadın basdırılanda diri olub. O, tabutda, torpağın altında boğulub.

Sizin Reklam Yeriniz