news Image
2014.09.28
22:00
| A A A
İran Whatsapp və Viber-i də bloklaşdırmaq istəyir

İranda məhkəmə hakimiyyəti "İslam əxlaqına" qarşı "cinayətlər" üçün istifadə olunan mobil mesajlaşma xidmətlərini bloklaşdırmaq üçün ölkənin hökumətinə 30 gün vaxt verib.

Bu addım indiyə qədər ölkədə sosial mediaya gəldikdə daha liberal mövqe tutan PrezidentHəsən Ruhaniüçün böyük zərbə sayılır.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, kiberməkan-a bir fürsət kimi baxmaq lazımdır. Prezident Ruhani may ayında tvitində qeyd etmişdi. Avqustda isə o, bir çoxunu təəccübləndirən addım ataraq Twitterdə iranlı qadın riyaziyyatçının hicabsız fotosunu paylaşmışdı.

Amma onun mövqeyi ilə heç də hamı razı deyil. Bu ayın əvvəlində 11 adam Ayətullah Xameneyiyə qarşı təhqiredici sayılan mesajları göndərdiklərinə görə həbs olunub.

Yerli mediada verilən məlumatlara görə, İran hökumətinin hazırda vəzifədə olan rəsmiləri barədə də oxşar mesajlar göndərilib.

Görünür ki, bu mesajlar İranın sərt məhkəmə hakimiyyətinin səbrini tükətdi. Məhkəmə hakimiyyəti başçısının birinci müaviniGholam-Hossein Mohsen-Ejeiİranın rabitə naziriMahmour Vaezi-yə məktub yazıb.

Məktubda deyilir ki, Whatsapp, Viber və Tango tətbiqləri mesajların yayılmasında məsuliyyət daşıyır. Həmçinin qeyd olunur ki, yuxarıda qeyd olunan sosial şəbəkələrin bağlanılması və məlumatların nəzarət altına alınması üçün ... maksimum bir ay vaxt verilir.

Cənab Mohseni-Ejei yazıb ki, Rabitə Nazirliyi üç ay əvvəl bu şəbəkələri bağlayacağını bildirsə də, indiyədək buna dair addım atmaqdan imtina edib, buna görə də bu dəfə 30 günlük müddət verilib. Mesajlaşma xidmətləri bu vaxta qədər senzura edilməsələr, məhkəmə hakimiyyəti özü "lazımi tədbirlər görəcək", məhkəmə rəsmisi yazıb.

Rabitə Nazirliyinin bildirdiyinə görə, nazirlik razıdır ki, qeyri-qanuni məzmun silinməlidir, amma şəbəkələri tamamilə bağlamaq "başqa məsələdir".

İranda YouTube, Facebook, Twitter və Google+ kimi sosial şəbəkələr illərdir ki, bloklaşdırılıb. Buna baxmayaraq milyonlarla istifadəçi proksi serverlər vasitəsilə bu məhdudiyyətlərdən keçə bilir.