news Image
2014.09.28
22:05
| A A A
Wi-Fi bazarı kiçilir
ABI Research analitik şirkətinin mütəxəssisləri bildiriblər ki, Wi-Fi simsiz şəbəkələri populyardır və tezliklə 802.11ac standartı bu bazarda ən geniş yayılmış texnologiya olacaq.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, analitiklərin proqnozuna əsasən, 2014-cü ildə qlobal çıxış nöqtəsinin satış həcmi 176 milyona çatacaq. İstehlak bazarı üçün nəzərdə tutulmuş simsiz marşrutlayıcı və şlüzlər də bu rəqəmə daxildir. Ekspertlər istehlakçının otağında simsiz rabitənin təşkili üçün qurulan Wi-Fi qurğular kateqoriyasına məxsus şəbəkə məhsulları bazarının 11%-lik artımını proqnozlaşdırır.

Genişzolaqlı internetə çıxışın nüfuzetmə səviyyəsi və ev şəraitində istifadə edilən şəbəkəyə çıxış imkanına malik qurğuların sayının artması sayəsində bütün regionlarda inkişaf gözlənilir – ABI Researchin əməkdaşı Ceyk Sonders deyib.

ABI Researchin mart tədqiqatına əsasən, 2013-cü ildə son istehlakçılara satılmış çıxış nöqtələrinin 8%-i 802.11ac spesifikasiyasını dəstəkləyib, 2014-cü ilin nəticəsinə görə, bu göstərici 45%-dək artacaq.

802.11ac standartına uyğun qurğular məlumatların 1,3 Qbit/s sürətlə ötürülməsini təmin edir ki, bu da 802.11n spesifikasiyasının sürət xarakteristikasından üç dəfə çoxdur. Ekspertlərin proqnozuna görə, 2014-cü ilin sonundan etibarən 802.11n texnologiyasının nüfuzetmə səviyyəsi 802.11ac standartının populyarlığı fonunda azalacaq.