news Image
2014.09.29
10:44
| A A A
Xəzər bölünür?

5 ölkənin dövlət başçısı, sabah Astrahanda görüşəcək.

Movqe.az xəbər verir ki, Rusiya Dövlət Başçısı Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, İran prezidenti Həsən Ruhani, Qazaxıstan Dövlət Başçısı Nursultan Nazarbayev və Türkmənistan Dövlət Başçısı Qurbanqulu Berdimuhammedovun iştirak edəcəyi 4-cü Xəzər Zirvəsinin ən əhəmiyyətli mövzusunu Xəzər dənizinin hüquqi statusu əhatə edəcək.

Əvvəl yalnız SSRİ və İran arasında bölünən Xəzər dənizinin, birliyin dağılmasıyla çox sayda ölkə arasında yenidən bölüşdüülməsi müzakirəsi başladılıb. 


Xəzərdəki ekoloji vəziyyətin, dəniz bitki və heyvanlarının qorunması, istifadə edilməsi və fövqəladə hallarda əməkdaşlıq edilməsi istiqamətində müəyyən razılaşma təmin edilsə də Xəzərin "göl yaxud dəniz " olması, dibində və səthində sərhədlərin müəyyənləşdirilməsi, neft və təbii qaz yataqlarının kimə aid olacağı, dəniz dərinliyində boru kəmərlərinin çəkilməsi kimi mövzuların həlli tapılmayıb.