Əlaqə Arxiv
news Image
2012.07.17
12:43
| A A A
Qəddafinin müdhiş sərvəti açıqlanıb

Kanadada, Libya, Tunis və Misirin keçmiş liderləri və yxınlarına aid 4.3 milyard dollar dəyərində pul və daşınmaz əmlak sahibi olduğu açıqlanıb.

Movqe.az xəbər verir ki, Kanadanın rəsmi xəbər agentliyi The Canadian Press, Kanada Kral atlı Polisi RCMP-nin məlumatına görə, 4.3 milyard dollarlıq sərvətə Suriya Dövlət Başçısı Bəşər Əsəd, yoldaşı və yaxınlarının pul və əmlakları da daxildir.

RCMP tərəfindən Canadian Pressə verilən cavabda, 4.3 milyard dolların son rəqəm deyil, yalnız xalqla paylaşılmasında zərəri olmayan hissə olduğu qeyd edilib.

Digər tərəfdən, Kanada Xarici işlər nazirliyi də dondurulmuş hesablardakı pulların beynəlxalq hüquq normaları çərçivəsində müddətləri tamamlandıqca həmin ölkələrin hesabına geri veriləcəyi bildirib.

Tural QABİLOĞLU   

Sizin Reklam Yeriniz