news Image
2012.07.17
12:15
| A A A
London Olimpiadalarında 10 adama 1 otaq

Movqe.az xəbər verir ki, London Olimpiadalarında çalışan təmizlik işçiləri, çətin şərtlərdə yaşayır. 10 adamın 1 otaqda qaldığı düşərgədə 25 adama 1 tualet düşür, 75 adam isə eyni duşdan istifadə edir. Bəzilərinin damları isə yağışda axır.

Londonun şərqindəki düşərgədə qalmaq üçün təmizlik işçiləri, gündə 18 sterlinq, ayda 550 sterlinq ödəyir.

Təmizlik işində çalışmaq üçün müraciət edən, lakin düşərgə şəraitini gördükdə işdən imtina edən 21 yaşlı tələbə Andrea Murnoz, "Daily Mail" qəzetindəki açıqlamasında: "İnsanların qaldığı yerləri görüncə gözlərimə inana bilmədim" - deyə təəccübünü gizlətməyib.

Təmizlik işçiləri, imzaladıqları müqaviləyə görə mətbuata açıqlama verə bilmirlər. Onların ailələri də təhlükəsizliyə görə düşərgəyə buraxılmır.

Tural QABİLOĞLU    

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs