news Image
2014.09.29
11:34
| A A A
Masallıda erkən nikahlara qarşı gənclərin sosial fəallığının artırılması mövzusunda maarifləndirici tədbir keçirilib

Bu günlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmə və gəmnclər arasında Erkən nikahlara qarşı gənclərin sosial fəallığının artırılması mövzusunda maarifləndirici tədbir keşirilmişdir. 


Tədbirin məqsədi erkən nikah hallarının yaratdığı fəsadlar haqqında gənclərin məlumatlandırılması və Rayonumuzda erkən nikah hallarının qarşısının alınmasıdır.

  

Tədbiri giriş sözü ilə açan  Masallı  Rayon  Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov  ilk öncə tədbir iştirakçılarını salamlamış və  İdarə tərəfindən mütəmadi olaraq gənclər arasında erkən nikah halları ilə mübarizə istiqamətində keçirilən bu cür maarifləndirici  tədbirlərinin əhəmiyyətindən söz açaraq bildirdi ki,  bu gün Azərbaycanda  zərif cinsin yaşadığı problemlərdən biri də qızların erkən ərə verilməsidir. Məhz ərə verilməsi, çünki erkən nikahların bağlanmasına daha çox valideynlər səbəb olur, bu nikahlar çox nadir hallarda qızlarla oğlanların öz təşəbbüsü ilə baş tutur. Ona görə də erkən nikahı çəkinmədən qızlar üzərində ailə basqısı adlandırmaq olar. Bu səbəbdən də  cəmiyyətdə erkən nikahlarla bağlı maarifləndirmə və təbliğat –təşviqat işlərinə ciddi ehtiyac duyulduğunu bildirdi.


Tədbirdə Masallı Rayon Mərkəzi Xəstəxanasının həkim genekoloqu  Pərvanə Bağırova çıxış edərək əvvəlcə tədbir iştirakçılarına belə maarifləndirmə tədbirlərində fəal iştirak etdikləri üçün təşəkkür etmişdir. Sonra bildirmişdir ki, erkən yaşlarda qızlar ailə qurmağa , dünyaya uşaq gətirməyə nə fiziki , nə də mənəvi cəhətdən hazır olmurlar.  Bu isə bir çox hallarda  doğuş zamanı uşaqların və gənc anaların ölüm risqini artırmış olduğunu bildirdi.


Qeyd edək ki, tədbirdə  Masallı rayon Təhsil Şöbəsinin metodisti  A. Abbaszadə, rayonun fəal gənclərindən, G. Rzayeva, İ. Abbasova və başqaları bildiriblər ki, erkən nikahların səbəblərindən biri də biliksizlikdir. Erkən nikahlara girmiş qızlar çox vaxt orta məktəbi tam bitirib başa çatdırmırlar. Bu isə onların şəxsi inkişafına mənfi təsir göstərir və qadınların gələcəkdə sosial təcridinə səbəb olur.


Qeyd edək ki, axırda tədbir iştirakçılarına müzakirə olunan mövzuya dair bukletlər paylanıb.