news Image
2014.09.29
11:00
| A A A
Masallıda “Breyn Rinq” İntellektual Oyunu üzrə rayon turu keçirilib

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Masallı Rayon Təhsil Şöbəsinin dəstəyi ilə şəhər Gənclər Mərkəzində "Breyn- Rinq" İntellektual oyunu üzrə 14-29 yaşlı gənclər və orta ümumtəhsil məktəblərinin IX-X-XI sinif şagirdləri arasında ümumrayon turniri keçirilmişdir.


Bu yaxınlarda keçirilən tədbirin açılış mərasimində Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və qayğıdan, respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış, tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir.


Bilik yarışında 37 komandadan 222 nəfər gənc öz bilik və bacarıqlarını , intellektual səviyyələrini sınamışlar. Olduqca gərgin və maraqlı keçən bilik yarışının yekununda Bala Kolatan kənd tam orta məktəbin komandası I yerə, 3 saylı Ərkivan qəsəbə tam orta məktəbin komandası II yerə , Şəhər 2 saylı tam orta məktəbin komandası III yerə layiq görülmüşdür. Fəallığına görə isə Banbaşı kənd tam orta məktəbin komandası diplomla təltif edilmişdir.


Maraqla izlənilən tədbirin axırında ümumrayon turnirində qalib gəlmiş bütün komanda üzvləri Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunmuşlar.