Əlaqə Arxiv
news Image
2014.09.29
11:00
| A A A
Masallı rayonununYeddioymaq kəndində məktəblilərin dispanserizasiyası

Masallı rayonunda uşaqların dispanserizasiyası uğurla davam edir. Növbəti tibbi müayinə Yeddioymaq kənd  orta məktəbində keçirilib. Kənd həkim məntəqəsinin müdiri Güloğlan Alışanov deyir ki, bu tibbi tədbir Azərbaycan Respublikasının müvafiq qanununa və RMX-nin əmrinə əsasən həyata keçirilir. Yaşayış məntəqələri, məktəblər, bağçalar və digər uşaq müəssisələri üzrə icbari dispanserizasiyanın təqvimi tərtib olunub.

Bu gün də bizim həkim məntəqəmizin daxil olduğu iri səyyar briqada Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeddioymaqd kəndində çalışır. 400 nəfərə yaxın məktəbli müayinə olunur. Güloğlan həkim sonra bildirir ki, baş RMX-nın baş pediatrı İlqar Qurbanov, laborant Kəmalə Nəcəfova, oftalmoloq Yaşar Bağırov, stomotoloq Ruslan Rəsulov, kardioloq Nazimə Əsgərli, həkimlərdən Təranə Kazımova, Hatəvan Quliyeva, Gülayə Quliyeva və başqaları tibbi xidməti diqqətlə aparır, uşaqların şikayətini diqqətlə dinləyirlər. 

Həkim G. Alışanov daha sonra bildirdi:

-Rayonumuzda 212 min əhali vardır ki, onlardan 45478 nəfəri 17 yaşadək  uşaqlardır. O cümlədən bir yaşında olan 3012 uşaq vardır. İcbari dispanserizasiyaya cəlb olunacaq yeniyetmələrin siyahısı RMX-nın bütün tibb məntəqələrinə yollanıb. İndiyə kimi 28564  uşaq tibbi müayinədən keçirilmiş, onların hər biri üçün göndəriş vərəqəsi yazılmış, müəyyən hissəsi isə "Elektron sağlamlıq kartı"na daxil edilib. Bununla belə xəstə və xəstələnmə riski olan uşaqlardan 1724-ü dispanser müşahidəsinə götürülmüş, onlara "Uşağın dispanser müşahidə kartı" tərtib edilib. Yekun nəticələr ilin sonuna kimi dəqiqləşdirilib səhiyyə nazirliyinə təqdim ediləcək.

                                                                                    

Sizin Reklam Yeriniz