news Image
2014.09.29
18:10
| A A A
Xəzər sammitində birgə siyasi bəyanat razılaşdırılıb

Xəzəryanı ölkələrin Həştərxan sammitinin iştirakçıları birgə siyasi bəyanatı razılaşdırıblar.


APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib. O bildirib ki, bəyanatda ilk dəfə olaraq Xəzərin hüquqi statusu barədə gələcək razılaşmalar əksini tapıb.

 

"Ən əsası, birgə siyasi bəyanat barədə razılığa gəlmişik və bu bəyanatda Xəzərdə beştərəfli əməkdaşlığın əsas prinsipləri qeyd olunub. Əldə olunmuş razılaşmalar bütün ölkələrin uzunmüddətli maraqlarına cavab verir", – deyə V. Putin əlavə edib