Əlaqə Arxiv
news Image
2014.10.01
13:49
| A A A
“Rusiyanın siyasi dairələrində Azərbaycana münasibət müsbətə doğru dəyişir”
Sergey Markov: “Qərbin sanksiyaları Rusiya-Azərbaycan ticarət münasibətlərinin inkişafı üçün şərait yaradıb”

Rusiyanın siyasi dairələrində  Azərbaycana qarşı münasibət müsbətə doğru dəyişir və indiyədək Azərbaycanı tənqid edən bəzi rusiyalı siyasətçilər fərqli mövqedən çıxış edirlər.

 

APA - nın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov deyib.

 

"Azərbaycan-Rusiya münasibətlərində  ciddi dəyişikliklər müşahidə olunur. Putinin Azərbaycana son tarixi səfərindən sonra iki dövlət  arasında dostluq  münasibətlərinin sürətlə inkişaf etdiyi aydın görünür", - deyə o vurğulayıb.

 

S. Markov LDPR sədri Vladimir Jiriinovskinin Azərbaycana səfərinə  toxunaraq,  onun Azərbaycana münasibətini dəyişməsini "siyasi uzaqgörənlik"  və "yeni  tendensiya" ilə əlaqələndirib: "Düşmənin dost olması parlaq dəyişikliklərdən xəbər verir. Bir çox siyasətçilərin Azərbaycanla  bağlı tənqidi fikirlərinin dəyişdiyini görürəm".

 

Rusiyalı politoloq qeyd edib ki, Qərb ölkələri tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Moskvanın yeni tərəfdaşlar  qazanması,  o cümlədən Azərbaycanla  ticarət münasibətlərinin inkişafı üçün şərait yaradıb: "Bu sanksiyaların hələ  çox davam edəcəyini düşünürəm. Azərbaycanın kənd təsərrüfatı məhsullarını Rusiyaya ixrac etməsi üçün bütün imkanlar yaradılıb, Rusiya bazarında yaranmış boş yerləri sizin istehsalçılar tuta bilərlər. Bu il kənd təsərrüfatı məhsullarında 80 faiz artım olduğunu deyə bilərəm. Azərbaycandan Rusiyaya təkcə sitrus bitkilərinin ixracında 100 faiz artımdan danışa bilərik".

 

APA - nın Rusiyaya ixracın artacağının Azərbaycanda  kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb olub-olmayacağı ilə sualını şərh edən S.Markov bildirib ki, ixrac artımı qəflətən başladığına görə, müəyyən problemlərin yaranması başa düşüləndir: "Amma məhsul bazarı tapmayanda, istehsalçıda maraq az olur. Bazar varsa,  istehsal da artacaq. Artıq  yeni müqavilələr  bağlanır, kənd təsərrüfatının inkişafı  üçün strukturun formalaşdırılmasına başlanılır. Hesab edirəm ki, növbəti ildən bütün problemlər öz həllini  tapacaq".  


Sizin Reklam Yeriniz