Əlaqə Arxiv
news Image
2014.10.01
14:29
| A A A
Benzin ucuzlaşıb

Dəyişiklik "Premium Avro - 95" markalı benzində qeydə alınıb Azərbaycanda benzinin qiyməti ucuzlaşıb. 

Azpetrol Şirkətinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, ucuzlaşma "Premium Avro - 95" markalı benzində qeydə alınıb.


Dünya bazarında neftin qiymətinin aşağı düşməsilə əlaqədar olaraq Azpetrol benzinin satış qiymətinə yenidən baxıb. Belə ki, həmin markalı benzinin əvvəllər 1 litri 97 qəpiyə satılırdısa, artıq oktyabrın 1-dən Premium benzinin qiyməti 2 qəpik aşağı salınaraq, 95 qəpiyə satılır.


Qeyd edək ki, adıçəkilən benzinin qiymətində son artım avqust ayında qeydə alınmışdı. Avqustun 6-sı gecəyarıdan etibarən "Premium Avro-95" benzininin qiyməti 4 qəpik artaraq 97 qəpik olub.


Sizin Reklam Yeriniz