Əlaqə Arxiv
news Image
2014.10.01
15:37
| A A A
Bakıda ata qızlarının qarşısında intihar edib

Ramana qəsəbəsində 61 yaşlı kişi intihar edib

Bakıda yaşlı ata özünə və övladlarına qarşı heç kimin edə bilməyəcəyi amansızlığı edib. 

Movqe.az-ın milli.az-a istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda, Ramana qəsəbəsində yaşayan 61 yaşlı Əliyusif Nərimanov özünü öldürüb. Hüquq-mühafizə orqanı əməkdaşları ilk olaraq onun qətlə yetirildiyini zənn etsələr də, sonradan bütün qaranlıq məqamlara aydınlıq gətirilib.


Sabunçu rayon Polis İdarəsindən bildirilib ki, Ə.Nərimanov həmişə olduğu kimi dünən ailə üzvləri ilə mübahisə edib. Sonra isə arvadı və qızlarının gözü qarşısında bıçağı düz ürəyinə sancıb.


Bıçaq ürəyi parçaladığından o, dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz